Yuxarı
    Bağlamaq

    Martın 12-də 37 mindən çox şagird imtahan verəcək

    İmtahanların keçirilməsi üçün ümumilikdə 113 imtahan mərkəzi ayrılıb© Report.az

    Bakı. 9 mart. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) martın 12-də ölkənin 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

    Mərkəzdən “Report”a verilən məlumata görə, həmin gün ümumilikdə 37 230 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

    Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 5-dən etibarən çap edib götürə bilirlər. 

    Saat 11:00-da başlayacaq imtahana şagirdlər özləri ilə imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və  icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

    İmtahanların keçirilməsi üçün ümumilikdə 113 imtahan mərkəzi ayrılıb.

    9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 34116 (Naxçıvanda şəhərində, 1053, Kəngərli rayonunda 226, Babək rayonunda 598, Ordubad rayonunda 425, Sədərək rayonunda 89, Culfa rayonunda 414, Şərur rayonunda 743, Şahbuz rayonunda 159, Xocavənd rayonunda 76, Bərdə rayonunda 2205, Ağcabədi rayonunda 1816, Ağdam rayonunda 953, Tərtər rayonunda 867, Ucar rayonunda 870, Kürdəmir rayonunda 1343, Zərdab rayonunda 616, Ağsu rayonunda 731, İmişli rayonunda 1242, Füzuli rayonunda 796, Beyləqan rayonunda 1077, Şirvan şəhərində 1043, Hacıqabul rayonunda 754, Sabirabad rayonunda 1946, Biləsuvar rayonunda 1408, Neftçala rayonunda 732, Salyan rayonunda 1438, Saatlı rayonunda 1053, Lənkəran şəhərində 2214, Astara şəhərində 1220, Lerik rayonunda 674, Yardımlı rayonunda 706, Cəlilabad rayonunda 2473, Masallı rayonunda 2156 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.

    İlk peşə-ixtisas təhsili müəssilərinin buraxılış imtahanında isə 3114 (Bakıda 1232, Gəncədə 250, Şəmkirdə 63, Gədəbəydə 58, Qazaxda 51, Tovuzda 39, Sumqayıtda 432, Şamaxıda 64, Qaxda 88, Bərdədə 79, Göyçayda 73, Kürdəmirdə 81, Zərdabda 41, Şirvanda 99, Sabirabadda 59, Biləsuvarda 47, Salyanda 19, Saatlıda 57, Lənkəran 20, Cəlilabadda 130, Qubada 58, Qusarda 39, Xaçmazda 35 nəfər) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

    İmtahanların idarə olunmasına ümumilikdə 269 imtahan rəhbəri, 3091 nəzarətçi müəllim ayrılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi