Yuxarı
    Bağlamaq

    Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

    Magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək

    Bakı. 19 fevral. REPORT.AZ/ Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb. "Report"un xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12:00-dək uzadılıb.

    Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. 

    Xatırladaq ki, bundan əvvəl TQDK magistraturaya sənəd qəbulunun fevralın 1-dən 19-dək aparılacağını bəyan etmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi