Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb Bakı. 25 fevral. REPORT.AZ/ Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.
Elm və təhsil
25 Fevral , 2019 09:49
Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib. 

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apelyasiya Komissiyasına fevralın 25, 26, 27-də saat 10:00‑dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi