Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb İmtahanda iştirak etmək hüququ olan 10 170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib
Elm və təhsil
28 Aprel , 2015 16:29
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

TQDK-dan "Report"a verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 10 170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar mayın 7-dən 12-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə 28) aprelin 29-dan mayın 1-dək (saat 10:00-dan 17:00-dək) Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Bakalavrlar Apelyasiya komissiyasına şəxsiyyət vəsiqələrini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi