Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak üçün 6540 bakalavr proqram seçimini təsdiqləyib

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak üçün 6540 bakalavr proqram seçimini təsdiqləyib Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar
Elm və təhsil
19 May , 2017 19:00
Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak üçün 6540 bakalavr proqram seçimini təsdiqləyib
Report

Bakı. 19 may. REPORT.AZ/ Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat mayın 22-si saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən əmlumata görə, bu gün saat 17:30-a olan məlumata əsasən, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. Lakin 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiqləməyib.

Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib.

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiqlətməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.

Son xəbərlər

Orphus sistemi