Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək Bakı. 7 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
Elm və təhsil
7 Fevral , 2018 14:48
Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə elektron sınaq imtahanı keçiriləcək
Report

Bakı. 7 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.

DİM-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, elektron sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 17-də saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı fevralın 17-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

Sınaq imtahanında DİM tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və AMEA nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanında istifadə edilmiş test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.

Son xəbərlər

Orphus sistemi