Yuxarı

Magistraturaya ixtisaslaşma seçimi başa çatıb, 7 minə yaxın bakalavr ərizəsini təsdiqləyib

Onlardan 5734 nəfəri Azərbaycan, 602 nəfəri isə rus bölməsi bakalavrlarıdır

Bakı. 20 iyun. REPORT.AZ/ 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) “Report”a verilən məlumata görə, 6 401 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, yalnız 6336 nəfər ərizəsini təsdiq edib. Onlardan 5734 nəfəri Azərbaycan, 602 nəfəri isə rus bölməsi bakalavrlarıdır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrların siyahısı TQDK-ya təqdim olunduqdan sonra ümumi müsabiqə aparılacaq və nəticələr elan olunacaq. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmuş bakalavrlar ümumi müsabiqədə iştirak etmək hüququnu itirirlər.

Xatırladaq ki, müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi