Yuxarı
    Bağlamaq

    Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

    © Report/Firi Salim

    Bakı. 13 avqust. REPORT.AZ/ 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 14 avqust saat 10:00-dək uzadılıb.

    Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, avqustun 13-ü saat 16:40-a olan məlumata görə 590 bakalavr qəbul olmaq istədiyi ixtisaslaşmaları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 14 bakalavr ixtisaslaşmaları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

    İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

    Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi