Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb

Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb Bakı. 12 fevral. REPORT.AZ/ Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılıb.
Elm və təhsil
12 Fevral , 2018 18:17
Magistraturaya ərizə qəbulunun vaxtı uzadılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, elektron ərizələrini təsdiq etməyən bakalavrlar qeyd olunan tarixədək ərizələrini təsdiq edə bilərlər.

DİM elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırır ki, SQK 13 fevral saat 12:00-dək Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.

Son xəbərlər

Orphus sistemi