Yuxarı

Magistraturanın sınaq imtahanının nəticələri elan edilib

Magistraturanın sınaq imtahanının nəticələri elan edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının I mərhələsi üzrə fevralın 3-də keçirilən sınaq imtahanının nəticələrini elan edib.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Bildirilib ki, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41 nəfəri imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi