Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı başlayıb

Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı başlayıb Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.
Elm və təhsil
15 Avqust , 2019 14:47
Magistraturanın boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Son xəbərlər

Orphus sistemi