Yuxarı

​"Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarına dəyişiklik edilib

Bu barədə qərarı baş nazir Artur Rasi-Zadə imzalayıb

Bakı. 19 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edib. "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-Zadə imzalayıb.

Qərarda bildirilir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1359-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 noyabr tarixli 683 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bəndə “müəssisələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasına (bundan sonra - “AMEA”)” sözləri əlavə edilsin.

2. 1.4-cü, 2.2-ci və 4.4-cü bəndlərə, 1.7-ci bəndin birinci abzasına və 2.13-cü bəndin birinci cümləsinə müvafiq olaraq “müəssisəsində” və “müəssisələrində” sözlərindən sonra “və AMEA-da” sözləri əlavə edilsin.

3. 1.9-cu bəndə “hazırlığı” sözündən sonra “AMEA istisna olmaqla,” sözləri əlavə edilsin.

4. 2.3-cü bəndin ikinci abzasının ikinci cümləsinə, üçüncü abzasının birinci, ikinci cümlələrinə və 3.2-ci bəndin ikinci cümləsinə müvafiq olaraq “müəssisəsi” və “müəssisələri” sözlərindən sonra “və AMEA” sözləri əlavə edilsin.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi