Magistratura səviyyəsinə qəbul üzrə keçirilən imtahanla bağlı Apellyasiya Komissiyası yaradılıb

Magistratura səviyyəsinə qəbul üzrə keçirilən imtahanla bağlı Apellyasiya Komissiyası yaradılıb Bakalavrlar Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiqləyən sənədin əslini verməklə şəxsən müraciət edə bilərlər
Elm və təhsil
6 İyun , 2016 17:25
Magistratura səviyyəsinə qəbul üzrə keçirilən imtahanla bağlı Apellyasiya Komissiyası yaradılıb

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 5-də 2016/2017-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi üzrə imtahanın məzmunu və nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən xəbərə görə, imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakışəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apellyasiya Komissiyası isə iyunun 8-9-da saat 10-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Bakalavrlar Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiqləyən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi