Magistratura imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Magistratura imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb Qəbul imtahanında iştirakı nəzərdə tutulan 13 081 bakalavrdan 109-u imtahana gəlməyib
Elm və təhsil
11 Aprel , 2017 18:22

Bakı. 11 aprel. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

DİM-dən "Report"a bildirilib ki, bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 13 081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib, ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi