​Macarıstanlı professorlar BSU-da olub

​Macarıstanlı professorlar BSU-da olub Asif Hacıyev: "Hazırda bolqar, çex, ukrayn, türk dilləri üzrə tərcüməşünaslar və regionşünaslar yetişdirilir"
Elm və təhsil
27 May , 2015 21:00
​Macarıstanlı professorlar BSU-da olub

Bakı. 27 may. REPORT.AZ/ Macarıstan universitetlərindən gələn bir qrup doktorant və professor kontingenti Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Bu barədə "Reporta" BSU-nun mətbuat xidmətindən məlumat verilib.

BSU-nun rektoru, professor Asif Hacıyev görüş zamanı nümayəndə heyətini universitetdə görməkdən şad olduğunu bildirib: “Əminəm ki, bu görüş hər iki tərəf üçün səmərəli olacaq. Bunun üçün Macarıstanla əməkdaşlıq potensialımız var”. Qonaqlara universitetin tarixi, tədris olunan fakültələr, bu istiqamətdə kadr hazırlığı barədə söz açıb. Universitetin inkişaf meylləri barədə məlumat verən rektor qeyd edib ki, burada slavyan və digər dillər tədris olunur: "Hazırda bolqar, çex, ukrayn, türk dilləri üzrə tərcüməşünaslar və regionşünaslar yetişdirilir. Tələbələr təkcə bu dilləri deyil, eyni zamanda, həmin ölkələrin tarixi və mədəniyyəti haqqında da yüksək bilik və bacarıqlara yiyələnirlər”.

BSU-nun professor-müəllim və tələbə heyəti ilə dəyirmi masada bir araya gələn macarıstanlı qonaqlar Azərbaycanda ilk dəfə olduqlarını bildiriblər, Bakı barədə təəssüratlarını bölüşüblər: "Bakı heyrətamiz şəhərdir. Çox şadıq ki, bizi öz universitetinizə dəvət etmisiniz. Bizim universitetimiz daha çox iqtisadiyyat və texniki ixtisaslar üzrə tələbələr yetişdirir. Sənaye və idarəetmə sahələrinə xüsusi diqqət var. Bununla belə, təhsil sistemində bir sıra oxşarlıqlar mövcuddur. Bizim də əlaqələrimiz genişlənir, bir sıra universitetlərlə əməkdaşlıq edirik. Macar tələbələr gəlib Azərbaycanda təhsil alır, azərbaycanlı gənclərin də ölkəmizə maraqlarının olduğunu görürük. Biz istərdik ki, Azərbaycan universitetləri ilə əlaqə yaradaq. Bakı Slavyan Universitetinə gəlişimiz bu sahədə atdığımız ilk addımdır”.

Azərbaycanla Macarıstan arasında geniş siyasi, iqtisadi, mədəni əlaqələrdən danışan Asif Hacıyev bütün əlaqələrin başında insani münasibətlərin əhəmiyyətli olduğunu vurğulayıb: ”Bizim tələbələr xaricdə təhsil almağa gedirlər. Əməkdaşlıq etdiyimiz ölkələrlə ikili diplom anlayışı mövcudddur. Azərbaycanda xarici ölkə nümayəndələri müxtəlif proqramlar üzrə fəaliyyət göstərirlər. Sizin dəstəyinizlə bunu BSU-da da reallaşdıra bilərik. Universitetimizdə macar dilinin tədrisi ilə bağlı layihəmiz var. BSU Məktəb-Lisey Kompleksində də macar universitetləri haqqında məlumatları bölüşəcəyik”.

Tələbələrlə dialoq yaradan qonaqlar sonda onlara ünvanlanan sualları cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi