Yuxarı

Macar dilində "Qafqazın parlayan ulduzu-Azərbaycan" adlı kitab nəşr olunub

Kitabda Azərbaycan mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı barədə məlumatlar yer alıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Macarıstanın tanınmış alimi Borbala Obrusanszkynın və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu “Qafqazın parlayan ulduzu - Azərbaycan” adlı kitab işıq üzü görüb. "Report" xəbər verir ki, kitabda macar dilində Azərbaycanın mədəniyyəti, turizmi, tarixi və iqtisadiyyatı, eləcə də ölkəmizin dünyada oynadığı rol və başqa mövzular haqqında ətraflı məlumat verilib.

Kitabın elmi məsləhətçisi Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin sədri Ramiz Əmirlidir. 

Kitabın redaktorları Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Azərbaycan Diaspor Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü Elnur Eltürkdür.

Kitabın redaksiya heyətinə Azərbaycan Diaspor Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və macar alimləri daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi