Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib O, sentyabr ayının 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib
Elm və təhsil
29 Sentyabr , 2017 13:48
Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib
Report/ Orkhan Azim

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dəfn edilib.

“Report” xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən vida mərasimindən sonra I Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadə fevral ayının 4-ü 1921-ci ildə Bakıda dünyaya gəlib, sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi