​Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub

​Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub Fənni filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova tədris edib
Elm və təhsil
7 İyun , 2016 19:12
​Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub

Bakı. 7 iyun. REPORT.AZ/ Bu ilin yaz semestri ərzində Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.

Fənni filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova tədris edib.

Əfsanə Məmmədova Litva Pedaqoji Universitetində tədrislə məşğul olmaqla yanaşı, Vilnüs Universitetində və Kaunasın Vyatautas Magnus Universitetində qonaq mühazirəçi qismində müştərək və birdəfəlik olmaqla silsilə mühazirələr oxuyub.

Pedaqoq mühazirələrdə Azərbaycanın tarixi, Dağlıq Qarabağ münaqişəsi, ölkəmiz müstəqilliyini qazandıqdan sonra əldə etdiyi uğurlar, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və sair barədə,  eləcə də multikulturalizmin dünya təcrübəsi, Azərbaycan multikulturalizminin tarixi, sosial-ictimai səbəbləri, ədəbi-bədii qaynaqları haqqında ətraflı məlumat verib, müxtəlif din və millətlərdən olan xalqların multikonfessional dövlət tərkibində dostluq, sülh şəraitində yaşadıqlarını, dil, din fərqinə baxmayaraq, hamının eyni hüquq və bərabərliyə malik olduqlarını bildirib. 

Alim milli kimlik və milli birlik ideologiyası haqqında litvalılarla yanaşı, İtaliya, Ukrayna, Turkiyə, İspaniya və Rusiyadan olan tələbələri məlumatlandırıb. 

Son xəbərlər

Orphus sistemi