Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib Bakı. 22 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.
Elm və təhsil
22 İyun , 2018 16:45
Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib
baku.edu.gov.az
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

Bu barədə "Report"a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 60 sualdan ibarət test tapşırığını yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 80 dəqiqə, VII sinfə qəbul üzrə müsabiqədə isə 1 saat 40 dəqiqə vaxt verilib.

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul üçün müsabiqədə 1 315 nəfər iştirak edib. Onlardan 848-i Texniki-Humanitar Liseyə, 111-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 171-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 185-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün müsabiqəyə qatılıb.

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) qəbul üçün müsabiqədə isə təmayül istiqamətlərinə uyğun olaraq (humanitar, texniki, təbiət) 2142 şagird iştirak edib.

Son xəbərlər

Orphus sistemi