Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün növbəti dərs ilinə aid tədris planları təsdiq edilib

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün növbəti dərs ilinə aid tədris planları təsdiq edilib Bununla bağlı təhsil naziri əmr imzalayıb
Elm və təhsil
5 İyul , 2016 10:50
Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün növbəti dərs ilinə aid tədris planları təsdiq edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

“Report”un xəbərinə görə, məqsəd lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrdə qeyd olunur ki, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Qeyd edək ki, lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün nümunəvi tədris planlarına dair qeydlərlə aşağıdakı link vasitəsi ilə tanış olmaq olar:

http://edu.gov.az/upload/file/emre-elave/2016/458/458sayli-emre-elave07.pdf

Son xəbərlər

Orphus sistemi