Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb

Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər
Elm və təhsil
9 İyul , 2016 11:51
Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb

Bakı. 9 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.

Fondun mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi”nin (MTU AİM) tələbələri ilə görüşdə bir sıra layihə və təkliflər müzakirə olunub.

Rusiyalı tələbələr səfərləri barədə təəssüratlarını bölüşərək Bakıda olduqları müddətdə paytaxtımızla geniş tanışlıq imkanı yarandığını bildiriblər. Tələbələr buradakı qonaqpərvərlik və Bakının gözəlliyinə heyran olduqlarını deyiblər.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, ölkə daxilində və Azərbaycandan kənarda həyata keçirilən layihələr, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı görülən işlər barədə danışıb. Bildirib ki, Fondun sosial-humanitar sahələrdəki fəaliyyəti cəmiyyətdə vacib rol oynayır.

Rusiyalı qonaqlar Leyla Əliyevanın Moskva Dövlər Universiteti və Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ekologiya, sosial mövzularda mühazirə ilə çıxış etməsi təklifini irəli sürüblər. Eyni zamanda MDBMİ-nun nəzdindəki “Negotiation Glub” çərçivəsində beynəlxalq turnirin keçirilməsi məsələsi müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi