Lənkəranda "Yurdum yuvam məskənimsən - Azərbaycan" adı altında tədbirlər keçirilib

Lənkəranda "Yurdum yuvam məskənimsən - Azərbaycan" adı altında tədbirlər keçirilib Orta məktəb şagirdlərinə məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub
Elm və təhsil
25 Avqust , 2015 17:22
Lənkəranda Yurdum yuvam məskənimsən - Azərbaycan adı altında tədbirlər keçirilib

Bakı. 25 avqust. REPORT.AZ/ Lənkəranda "Yurdum yuvam məskənimsən - Azərbaycan" adı altında tədbirlər keçirilib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən (GTM) məlumat verilib.

Tədbir Lənkəran Mədəniyyət Evində baş tutub.

Lənkəran şəhəri və ətraf kəndlərdə davamlı olaraq təşkil olunan tədbirlərin məqsədi yerli əhalinin iştirakı ilə milli mədəniyyət nümunələrini və yeni nəsildə vətənpərvərlik hissini təbliğ etməkdir. Bu həftə ardıcıl olaraq Lənkəranın Nərimanabad və Şağlaser kəndlərində layihə çərçivəsində konsert proqramları təşkil olunub. Tədbirdə giriş sözü ilə Lənkəran Mədəniyyət Evinin rəhbəri, tanınmış ziyalı Hafiz Mirzə çıxış edib. Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və "Addım" Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə çıxış ediblər. 

Tədbir çərçivəsində yerli sakinlərin Lənkəran Mədəniyyət Evi ilə birgə hazırladığı proqram təqdim olunub. Tədbirdə "Hər kəs üçün Təhsil" kampaniyası çərçivəsində orta məktəb şagirdlərinə məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Konsert Azərbaycanı Bolqarıstanda keçirilən "Discovery International Pop Festival"da təmsil edən müğənni Tofiq Hacıyevin ifası ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi