Lənkəranda ibtidai sinif şagirdləri ilə görüş təşkil olunub

Lənkəranda ibtidai sinif şagirdləri ilə görüş təşkil olunub Şagirdlərə hədiyyə olaraq dərs ləvazimatları paylanılıb
Elm və təhsil
2 Sentyabr , 2015 13:29
Lənkəranda ibtidai sinif şagirdləri ilə görüş təşkil olunub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi(GTM) və "ADDIM" gənclər təşkilatının təşəbbüsü ilə Lənkəran şəhərində yeni tədris ili və Beynəlxalq Savadlılıq Günü ərəfəsində ilk dəfə məktəbə gedən, ibtidai sinif şagirdləri ilə görüş təşkil olunub. Bu barədə "Report"a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə Günün mahiyyəti və hər iki gənclər təşkilatının "Hər kəs üçün təhsil" kampaniyası çərçivəsində gördüyü işlərə dair təqdimatlar edilib. Həmçinin bu il ibtidai sinfə qədəm qoyacaq şagirdlərə dərs ləvazimatları hədiyyə olaraq paylanılıb.

Tədbirdə iştirak edən ADDİM gənclər təşkilatının sədri Hüseyn Cavadzadə yeni tədris ilində məktəblilərə müvəffəqiyyətlər arzulayıb: "Bu gün əhalinin əhəmiyyətli hissəsini təşkil edən region gəncləri ölkənin əsas innovativ potensialı və əmək resursudur və bu resurların cəmiyyətə faydalılığını təmin etmək biz müəllimlərdən asılıdır. Bir müəllim olaraq şagirdlərimiz üçün çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və yeni tədris ilinin əsas hərəkətverici qüvvəsi olan müəllimlərə uğurlar arzu edirəm".

GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki , bu gün savadlılıq gününün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir: "Şagirdlərimiz bilməlidirlər ki, Mərkəz olaraq hər zaman savad almağın insan haqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayırıq".

Daha sonra Lənkəran Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı sakinlərə təqdim olunub. Konsert proqramında Mədəniyyət mərkəzinin rəqqas və ifaçıları eləcə də tədbirdə qonaq qismində "Azərbaycanın Səsi" layihəsinin finalçısı Əminə Bağırova çıxış edib.

Son xəbərlər

Orphus sistemi