Lənkəranda gənclərin fərdi inkişafı məqsədilə növbəti təlimlərə başlanılıb

Lənkəranda gənclərin fərdi inkişafı məqsədilə növbəti təlimlərə başlanılıb Təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, uğur formulu, karyera planlaması və motivasiya mövzuları tədris olunacaq
Elm və təhsil
5 Sentyabr , 2015 08:09
Lənkəranda gənclərin fərdi inkişafı məqsədilə növbəti təlimlərə başlanılıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) "Region gənclərinin fərdi inkişafı" proqramı çərçivəsində Lənkəran şəhərində növbəti təlimlərə başlayıb.

Mərkəzdən "Report"a verilən məlumata görə, təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, uğur formulu, karyera planlaması, motivasiya və digər mövzular tədris olunacaq.

"Fərdi inkişaf və karyera planlaşdırılması" mövzusundakı təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarını səmərəli şəkildə dəyərləndirmələrinə töhfə verməkdir.

Qrup məşğələləri formatında davam edən təlimi Türkiyənin fərdi inkişaf mütəxəssisi Əhməd Şərif İzgörənin təlim modulu əsasında GTM-nin icraçı direktoru Fəxrəddin Həsənzadə keçib. Təlim proqramında Lənkəran Şəhər Gənclər İdman İdarəsinin nəzdində fəaliyyət göstərən "Xan Lənkəran Könüllüləri" klubunun gənc fəalları iştirak edib.

Son xəbərlər

Orphus sistemi