Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib Lənkəran. 2 mart. REPORT.AZ/ Lənkəran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Elm və təhsil
2 Mart , 2018 20:43
Lənkəranda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Lənkəran. 2 mart. REPORT.AZ/ Lənkəran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (LREM) təşkil olunan tədbirin mövzusu "1918-1920-ci illərdə AXC-İran münasibətləri" olub.

Tədbirdə çıxış edən aqrar elmlər doktoru Fərman Quliyev, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov, Lənkəran Dövlət Universitetinin (LDU) dosenti Fəxrəddin Hüseyn Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, müsəlman şərqində ilk parlamentli respublika olmasından, xalqımızın qədim dövlətçilik ənənələrinin tətbiqindən, milli dövlət quruculuğu istiqamətində görülən işlərdən söz açıblar.

Daha sonra şıxış edən LREM-in "Arxeologiya" şöbəsinin böyük elmi işçisi Samir Kərimov, LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Məmmədov, Lənkəran Humanitar Kollecinin müəllimi Cəmil Quliyev, Lənkəran şəhər 9№-li məktəbin müəllimi Rahim Nuriyev və digərləri mövzu ətrafında fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi