Yuxarı
    Bağlamaq

    Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub

    Kamran Kazımov Sosial məsələlər üzrə prorektor vəzifəsinə təyin edilib

    Lənkəran. 12 mart. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində yeni prorektor təyinatı olub.

    "Report"un Cənub bürosu xəbər verir ki, universitetin Xarici dillər kafedrasının müdiri, dosent Kamran Kazımov universitetin Sosial məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

    Kazımov Kamran Şahverən oğlu 1961-ci il mart ayının 8-də Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. Üç monoqrafiya, 8 proqram, 6 metodik vəsait, 60-dan çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan kimi xarici ölkələrin elmi jurnallarında dərc olunub. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanın Kursk Dövlət Texniki Universitetində, Həştərxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış edib, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak edib, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmiş və sertifikata layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi