Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən danışılıb
Elm və təhsil
28 Noyabr , 2014 11:40
Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
Bakı. 28 noyabr. REPORT.AZ/ Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində (BANM) olub. “Report”un xəbərinə görə, bu barədə MANM-in yaydığı məlumatda bildirilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfirə rəhbərlik etdiyi ali təhsil ocağı haqda ətraflı məlumat verib. Rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında danışıb. O, BANM-ın üstünlüklərindən söz açaraq, onun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdan söz açıb.

O, əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrları məhz öz ölkədə yetişdirərək, bu sahədə ingilisdilli peşəkar kadr tələbatının ödənilməsi olan BANM-ın dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə əlaqələr qurduğunu vurğulayıb. Rektor BANM-ın Böyük Britaniyanin Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq etdiyini bildirib.

BANM-ə ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən rektor hazırda Ali Məktəbin tikilməkdə olan və ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirib. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağın nəzərinə çatdırıb. Rektor Elmar Qasımov müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini bildirib və Azərbaycanda kadr tələbatını ödəmək üçün bu sahəyə diqqət ayrıldığını əlavə edib. Bu baxımdan o, Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu bildirib. Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açıb.

Görüşdə, həmçinin BANM ilə Latviya universitetləri arasında əlaqələrin qurulması, tələbə mubadiləsi, gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdən sonra rektor Elmar Qasımov qonağı BANM-ın tikilməkdə olan yeni kampusunun maketi ilə tanış edib.

Son xəbərlər

Orphus sistemi