Yuxarı
    Bağlamaq

    Kürdəmirdə müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək

    İmtahanlarda 7 000 nəfərdən çox müəllim iştirak edəcək

    Bakı. 5 dekabr. REPORT.AZ/ Növbəti diaqnostik qiymətləndirmə dekabrın 8-10-da Kürdəmir rayonunda keçiriləcək. 

    Təhsil Nazirliyindən “Report”a verilən məluamata görə, Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

    İmtahanlarda 7 000 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi