Kürdəmirdə diaqnostik qiymətləndirmədə iştirak edən müəllim bütün sualları cavablandırıb

Kürdəmirdə diaqnostik qiymətləndirmədə iştirak edən müəllim bütün sualları cavablandırıb Bu gün keçirilən imtahanlarda 2500-ə yaxın müəllim iştirak edib
Elm və təhsil
8 Dekabr , 2016 16:37
Kürdəmirdə diaqnostik qiymətləndirmədə iştirak edən müəllim bütün sualları cavablandırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Kürdəmir, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başlayıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, bu gün keçirilən imtahanlarda 2500-ə yaxın müəllim iştirak edib.

Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, “Tərəqqi” medalı ilə təltif olunan Xəyalə Veyisova bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb.

Son xəbərlər

Orphus sistemi