Kooperasiya Universitetində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Kooperasiya Universitetində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib Tədbir Dövlət Komitəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub
Elm və təhsil
5 May , 2016 19:43
Kooperasiya Universitetində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Bakı. 5 may. REPORT.AZ/Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Toğrul Əliyev, ziyalılar, müəllimlər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İradə Mahmudova multikulturalizmin alnetrnativinin olmadığını və Azərbaycanda multikultural dəyərlərin həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, Nərimanov rayonunun Rusiyanın Həştərxan şəhəri ilə qardaşlaşması multikulturalizmin inkişafına xidmət edir.

Daha sonra çıxış edən Azərbaycan Kooperasiya Universitenin Tarix kafedrasının müdiri Nizami Məhərrəmov təhsil ocağında bakalavr pilləsi üçün “Multikulturalizmə giriş” və magistr pilləsi üçün “Azərbaycan multikulturalizmi” fənlərinin tədris edildiyini bildirərək, multikulturalizmin tarixi kökləri, eləcə də Azərbaycan ədəbi-bədii həyatındakı yeri haqqında məlumat verib.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizm anlayışı və tolerantlıq haqqında danışıb.

Sonda çıxış edən universitetin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov gənclərin multikultural dəyərlər ətrafında sıx birləşdiyini və ölkə rəhbərliyinə bu sahədə dəstəyə daima hazır olduqlarını bildirib.  

Son xəbərlər

Orphus sistemi