Komitə sədri: “Elm haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət yönələcək"

Komitə sədri: “Elm haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət yönələcək" Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsi hesabat verib
Elm və təhsil
29 Yanvar , 2015 12:15
Komitə sədri: “Elm haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət yönələcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Milli Məclisin yaz sessiyasında uzun müddətdən sonra komitədə müzakirə olunaraq plenar iclasa tövsiyə olunan “Elm haqqında” qanun layihəsinin qəbul olunmasına diqqət yönələcək. “Report” xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Şəmsəddin Hacıyev bildirib.

O qeyd edib ki, bundan başqa digər komitələrlə birgə məsələlərin müzakirəsi də nəzərdə tutulub.

İclasda Elm və təhsil komitəsi hesabat verib.

Daha sonra iclasda ötən sessiya vətəndaşların qəbulu və edilən müraciətlərə baxılması barədə də məlumat verilib.

Son xəbərlər

Orphus sistemi