Yuxarı
    Bağlamaq

    Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 7 mindən çox abituriyent qeydiyyatdan keçib

    İxtisas seçimi iyulun 18-nə qədər davam edəcək

    Bakı. 13 iyul. REPORT.AZ/ 9 illik təhsil bazası üzrə kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 7 611 abituriyent qeydiyyatdan keçib.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, onlardan 2 409 abituriyent bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə qeydiyyatdan keçib. Qayadalara əsasən, bu abituriyentlər qabiliyyət imtahanında iştirak etmirlər. Abituriyentlərdən 1 019 nəfəri buraxılış (qəbul) imtahanı üzrə tələb olunan minimal müsabiqə şərtlərini ödəmədiyindən ixtisas seçiminə buraxılmayıb. İxtisas seçiminə buraxılanların sayı 1 390 nəfərdir.

    5 202 abituriyent isə xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçib. 1404 nəfər buraxılış (qəbul) imtahanının nəticəsinə qoyulan minimal bal tələbini ödəmədiyi üçün qabiliyyət imtahanlarına buraxılmayıb. 

    Saat 16:00-a olan məlumata əsasən, qabiliyyət imtahanına buraxılan 3 798 abituriyentdən 3 304 nəfəri buraxılış vərəqəsini çap edib. İmtahanda iştirak edənlərdən 1 580 nəfəri məqbul qiymət alıb. 1130 nəfər imtahana gəlməyib. 689 nəfərin qiyməti isə hələlik elektron məlumat bazasına daxil edilməyib.

    Xatırladırıq ki, ixtisas seçimi iyulun 18-nə qədər davam edəcək və abituriyentlər qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da elektron ərizələrində qeyd edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi