Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib

Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib Müsabiqə nəticəsində 1209 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub
Elm və təhsil
7 Sentyabr , 2017 16:26
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı mərkəzin internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3411 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1209 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” xüsusi buraxılışında dərc olunacaq.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 8‑dən 13‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi