Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır Bakı. 3 sentyabr. REPORT.AZ/ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Elm və təhsil
3 Sentyabr , 2018 10:02
Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Bakı. 3 sentyabr. REPORT.AZ/ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, ixtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Son xəbərlər

Orphus sistemi