Kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başlayıb

Kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başlayıb Seçimdə ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər
Elm və təhsil
8 İyul , 2015 16:00
Kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Ümumi ( 9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi başlayıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Həmin abituriyentlər 21 iyul saat 23:59-a kimi TQDK-nın internet saytında https://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər.

İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Qeyd edəki ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi