Kollec şagird və tələbələri arasında respublika ifa müsabiqəsi keçiriləcək

Kollec şagird və tələbələri arasında respublika ifa müsabiqəsi keçiriləcək Bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb
Elm və təhsil
2 Fevral , 2016 14:48
Kollec şagird və tələbələri arasında respublika ifa müsabiqəsi keçiriləcək

Bakı. 2 fevral. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında respublika ifa müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. "Report" xəbər verir ki, əmrin imzalanmasında əsas məqsəd Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərin şagird və tələbələr arasında təbliğ olunması, onların asudə vaxtlarının səmərəli təşkili, xüsusi istedada malik gənclərin üzə çıxarılmasıdır.

Əmrə əsasən, müsabiqə iştirakçıları ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasından seçiləcək. Müsabiqədə iştirak edən musiqi yönümlü orta ixtisas təhsili müəssisələri eyni profilli kolleclər ilə yarışacaq. 

Müsabiqə 3 mərhələdə keçiriləcək. I mərhələnin qalibləri ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi tərəfindən diplomlarla təltif ediləcək.

Zona mərhələsinin qalibləri Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən diplomlarla təltif olunacaq.

Müsabiqənin respublika mərhələsinin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Son xəbərlər

Orphus sistemi