Yuxarı

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Məcəlləyə “Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması” adlı 192-1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi