Yuxarı

“Kitabi-Dədə Qorqud” saz və söz işığında” adlı tədbir keçirilib

“Humanitar-ictimai elmlər sahəsində bu ili “Dədə Qorqud” ili adlandırmaq olar”

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün AMEA-da Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Kitabi-Dədə Qorqud” saz və söz işığında” adlı tədbir keçirilib.

“Report”un xəbərinə görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, bu il “Kitabi-Dədə Qorqud”un tərcümə olunaraq dünyaya tanıdılmasından və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümüdür: “Bununla əlaqədar ölkə daxilində və xaricdə ilboyu tədbirlərin keçirilməsi nəzərdə tutulur. İlk tədbirin məhz Ana dili gününə düşməsi çox müsbət haldır. Humanitar-ictimai elmlər sahəsində bu ili “Dədə Qorqud” ili adlandırmaq olar”.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud” - dilimiz, düşüncəmiz”, AMEA-nın müxbir üzvü Zemfira Səfərova “Kitabi-Dədə Qorqud”un musiqi dünyası” mövzusunda məruzə ediblər.

Tədbirin bədii hissəsində əməkdar artist Mehriban Zəki və Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlunun iştirakı ilə “Kitabi-Dədə Qorqud” dastanından bədii kompozisiyalar təqdim olunub.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi