​Kitab satışı sahəsində piratçılığın səviyyəsi 61 faizdən 30 faizə düşüb

​Kitab satışı sahəsində piratçılığın səviyyəsi 61 faizdən 30 faizə düşüb Proqram təminatı sahəsində bu göstərici 85 faizə enib
Elm və təhsil
15 Yanvar , 2016 12:28
​Kitab satışı sahəsində piratçılığın səviyyəsi 61 faizdən 30 faizə düşüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Keçən il ərzində Müəllif Hüquqları Agentliyinin 960 nömrəli “Qaynar xətt”inə və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na müraciət edən 1400-dən artıq şəxsin müraciət və sorğuları cavablandırılıb.

Bu barədə "Report"a agentlikdən məlumat verilib.

Məlumata görə, müəlliflər və hüquq sahiblərinin müraciətləri əsasında müxtəlif məhkəmə instansiyalarında keçirilən 30 məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 13 ekspert rəyi hazırlanıb.

Qeyd olunub ki, piratçılığın səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər nəticəsində bu problem 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 85%-ə düşüb.

Son xəbərlər

Orphus sistemi