Yuxarı
    Bağlamaq

    Kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı açıqlanıb

    Onların sayı 28,9 min nəfər təşkil edib© Report.az

    Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin əvvəlinə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı 1750 olub.

    "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan müəssisələrdən 1663-ü dövlət, 87-si qeyri-dövlətdir.

    Həmin müəssisələrdə uşaqların sayı 118,7 min nəfərdir.

    Onlardan 115,6-sı dövlət, 3,1-i qeyri-dövlət müəssisələrinin payına düşür. Ümumillikdə məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə 88 uşaq düşür. 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi 14,2 faiz təşkil edir.

    Məktəbəqədər təhsil müəssisələrinin 1031-i şəhər, 719-u kənd yerlərindədir. Qeyri-dövlət təhsil müəssisələrinin isə 85-i şəhər, 2-si kəndlərdə yerləşir.

    Qeyd edək ki, şəhər yerlərindəki məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı 89,8, kənd yerlərində isə 28,9 min nəfər təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi