Kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı açıqlanıb

Kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı açıqlanıb Onların sayı 28,9 min nəfər təşkil edib
Elm və təhsil
3 Avqust , 2017 20:19
Kənd yerlərində məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayı açıqlanıb
Report

Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin əvvəlinə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı 1750 olub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan müəssisələrdən 1663-ü dövlət, 87-si qeyri-dövlətdir.

Həmin müəssisələrdə uşaqların sayı 118,7 min nəfərdir.

Onlardan 115,6-sı dövlət, 3,1-i qeyri-dövlət müəssisələrinin payına düşür. Ümumillikdə məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə 88 uşaq düşür. 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi 14,2 faiz təşkil edir.

Məktəbəqədər təhsil müəssisələrinin 1031-i şəhər, 719-u kənd yerlərindədir. Qeyri-dövlət təhsil müəssisələrinin isə 85-i şəhər, 2-si kəndlərdə yerləşir.

Qeyd edək ki, şəhər yerlərindəki məktəbəqədər təhsil müəssisələrində uşaqların sayı 89,8, kənd yerlərində isə 28,9 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi