Yuxarı
    Bağlamaq

    Keçən il Təhsil Nazirliyinə müraciət edən 600-ə yaxın şəxsin diplomu tanınmayıb

    Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 3 068 nəfər işlə təmin olunub

    Bakı. 4 mart. REPORT.AZ/ Keçən il Təhsil Nazirliyinə təhsil sənədlərinin tanınması üzrə 4 714 müraciət daxil olub. Hesabat dövründə 1 224 ali təhsil haqqında sənədin ölkə ərazisində tanınması, 571 şəxsin ali təhsil haqqında sənədlərinin tanınmaması barədə qərarlar qəbul edilib. "Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

    Hesabatda o da qeyd olunub ki, 2015-ci ilin yanvar ayından etibarən Bakı şəhərində diaqnostik qiymətləndirmədən keçən 30 min müəllim həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Eyni zamanda, Bakı şəhərində müəllim-şagird nisbəti 1:10-dan 1:12 nisbətinə yüksəlib. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, təlimlərə cəlb edilən müəllimlərin 78 faizi yekunda öz göstəricilərini xeyli yaxşılaşdırmağa nail olub.

    Müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 3 068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulması səviyyəsi 38 faiz artıb. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, 2015-ci ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub.

    Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi