Yuxarı
    Bağlamaq

    Keçən il Azərbaycanda 82 məktəb tikilib, 14 məktəb əsaslı təmir olunub

    Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda 82 məktəb tikilib istifadəyə verilib, 14 məktəb əsaslı, 500-ə yaxın məktəb isə cari təmir olunub.

    "Report"un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

    Sənəddə bildirilib ki, Təhsil Nazirliyinin sifarişinə əsasən, qəzalı məktəblərin əvəz edilməsi çərçivəsində 40 rayonda 5 min şagird yerlik 100 modul tipli məktəb quraşdırılıb. Bu işlərin növbəti ildə də davam etdirilməsi, 44 rayonu əhatə edən azkomplektli və qəzalı vəziyyətdə olan 137 kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənəcəyi nəzərdə tutulur. 

    Bildirilib ki, hesabat ilində 1 peşə tədris mərkəzi, 1 uşaq-gənclər inkişaf mərkəzi, 1 tədris-idman bazası, 3 universitet üçün kampus və korpuslar (Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, UFAZ) tikilib və ya əsaslı təmir olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi