Yuxarı

"Kaspi" mükafatının builki sahibi açıqlanıb

"Kaspi" mükafatının builki sahibi açıqlanıb
© Report

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə tədbir keçirilib.

"Report"un məlumatına görə, tədbirdə “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan Əlimərdan bəy Topçubaşovun “Kaspi”dən seçmələr”i təqdim edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və rus dillərində nəşr edilən “Əlimərdan bəy Topçubaşov “Kaspi”dən seçmələr” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin “qurucu atalar”ından birinin – görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanılıb: "Bu yazılarda Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Ə.Topçubaşov AXC-nin qurucularından biri, dövrünün nəhəng siması, baş verən prosesləri dərindən analiz edən idi".

“Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru Sona Vəliyeva kitabların əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, bu günə qədər 15-ə qədər kitab nəşr edilib, lakin bu iki kitab daha əzizdir: "Kitabın I hissəsi ulu öndər Heydər Əliyevə həsr olunub. Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal düşüncəsini sovet dönəmində sönməyə qoymaması, 90-cı ilin əvvəlində hakimiyyətə gəldiyi zaman çətin bir vaxta Azərbaycanın yenidən memearı kimi özünü sevdirməsi bizə bu kitabın bir hissəsini Heydər Əliyevə həsr etməyə imkan verdi. Bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulur və Azərbaycanın görkəmli dövlət xadimlərinin tanıdılması istiqamətində mühüm rol oynacaq. “Kaspi nəşrləri” seriyası çərçivəsində Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması və nəşr edilməsi də nəzərdə tutulur”.

Tədbir çıxışlarla davam edib və sonda sənətşünas alim Ziyadxan Əliyev ənənəvi "Kaspi" mükafatının builki sahibi kimi təqdim edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi