"Bilik Günü"ndə "Kaspi" liseyinin "Ağ Şəhər" filialının açılışı olacaq

"Bilik Günü"ndə "Kaspi" liseyinin "Ağ Şəhər" filialının açılışı olacaq Sona Vəliyeva: "Builki dərs ilindən Gəncədə də "Kaspi" Təhsil Mərkəzi fəaliyyətə başlayacaq"
Elm və təhsil
8 Sentyabr , 2015 19:46
Bilik Günündə Kaspi liseyinin Ağ Şəhər filialının açılışı olacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu il "Bilik Günü"ndə Bakının Xətai rayonunda "Kaspi" liseyinin "Ağ Şəhər" filialı açılacaq. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Kaspi" Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva məlumat verib. 

O bildirib ki, builki dərs ilindən Gəncədə də "Kaspi" Təhsil Mərkəzi fəaliyyətə başlayacaq: "Kaspi" Təhsil Şirkəti yarandığı gündən Azərbaycan məkanında dövlətin təhsil siyasətinə dəstək verməyin qürurunu layiqincə yaşamağı bacardı. Bundan sonra da bu fəaliyyətimizi getdikcə artırmağa çalışacağıq". 

Son xəbərlər

Orphus sistemi