Kanadalı tələbələrə Azərbaycanın tarixi barədə ətraflı məlumat verilib

Kanadalı tələbələrə Azərbaycanın tarixi barədə ətraflı məlumat verilib Azərbaycanın müvəqqəti işlər vəkili Kanadanın Karlton Universitetində çıxış edib
Elm və təhsil
24 Noyabr , 2016 05:13
Kanadalı tələbələrə Azərbaycanın tarixi barədə ətraflı məlumat verilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 23-də Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Kanadanın Karlton Universitetinin tələbələri qarşısında Azərbaycan ilə bağlı məlumat xarakterli təqdimatla çıxış edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, təqdimat 2016-cı ilin payız semestrində Karlton Universitetində tədris olunan “Qafqaz və Xəzər hövzəsində siyasət” adlı dərs proqramı çərçivəsində təşkil edilib.

Təqdimat Karlton Universitetinin siyasi elmlər fakütəsi, eləcə də Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun həm bakalavr, həm də magistr pilləsində təhsil alan 20-dən çox tələbənin qarşısında baş tutub.

Təqdimat çərçivəsində kanadalı tələbələrə Azərbaycanın tarixi, Azərbaycan Xalq Cumhuriyyəti, Qanlı Yanvar hadisələri, ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən enerji layihələri, son illərdə ölkə iqtisadiyatında əldə olunan nailiyyətlər, həmçinin Kanada və Azərbaycan arasında ikitərəfli münasibətlər barədə ətraflı məlumat verilib. Bundan başqa, təqdimatda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulmuş və kanadalı tələbələr Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı, işğal edilmiş ərazilərdə etnik təmizləmənin aparılması, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə üzrə qətnamələri, eləcə də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan vasitəçilik missiyası barədə məlumatlandırılıb.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi