Yuxarı

Məhəbbət Vəliyeva: "Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır"

Məhəbbət Vəliyeva: "Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır"

“Bu gün ölkədə fəaliyyət göstərən bəzi məktəblərdə 18 ibtidai sinif olmasına baxmayaraq, 26 ibtidai sinif müəllimi var. Belədə optimallaşdırma aparılması üçün yollardan biri yaş həddinə çatmış işçinin əmək müqaviləsinə xitam verməkdir. Əks təqdirdə, dərs saatını tənzimləmək mümkün deyil”.

“Report” xəbər verir ki, bu fikirləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, yaş həddinə çatan müəllimlər arasında nəzərə alınan amillərdən biri məktəbdəki ümumi dərs saatlarının sayıdır: “Vaxtilə işəgötürənin məsuliyyətsizliyi, sui-istifadə hallarına yol verilməsi nəticəsində lazım olmayan əlavə adam işə götürülürdü. Bu hal, əsasən, rayon və kənd məktəblərində məşhur idi. Halbuki məktəbdə cəmi 15 saat dərs var, amma 3 müəllim işləyir”.

M.Vəliyeva bildirib ki, dərs saatının da tənzimlənməsi zamanı nəzərə alınan amillərdən biri müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticəsidir: “Dərs saatı azdırsa, müəllimin də diaqnostik qiymətləndirilməsinin nəticəsi zəifdirsə, artıq həmin müəllimi məktəbdə saxlamaq üçün heç bir əsas yoxdur. Əgər müəllimin dərs saatı çoxdursa, səhhəti imkan verirsə və onun dövlət təltifləri varsa, biz istisnalara yol veririk. İkinci bir halı da qeyd edim. Məsələn, əgər ibtidai sinif müəllimi 64 yaşında I sinfi götürübsə, demək o, 68 yaşında ibtidai sinfi təhvil verməlidir. Biz burada varisliyi gözləmək üçün həmin müəllimlərlə müddəti uzadırıq. Müəllim sinfi təhvil verməyənə qədər onunla əmək müqaviləsinə xitam verilmir. Amma bu, bütün fənn müəllimlərinə şamil olunmur. Kadr çatışmazlığı olan yerdə nə yaşa, nə də qəbul balına baxılır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi