Jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək

Jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək Təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq
Elm və təhsil
30 Mart , 2015 11:21
Jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək. "Report" xəbər verir ki, bu Prezident yanında Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə tərəfdaşlığı çərçivəsində "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi çərçivəsində həyata keçiriləcək.

Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq. Bakıda və Regionlarda keçiriləcək təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi