Azərbaycanda IX siniflər üçün yeni dərsliklərin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Azərbaycanda IX siniflər üçün yeni dərsliklərin istifadəyə veriləcəyi vaxt açıqlanıb İlk dəfə Azərbaycanda maksimum adda və sayda 271 adda 7,8 milyon ədəd dərslik çap olunub
Elm və təhsil
3 Yanvar , 2015 17:47
Azərbaycanda IX siniflər üçün yeni dərsliklərin istifadəyə veriləcəyi vaxt açıqlanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumatda o da qeyd olunub ki, cari ildə ilk dəfə Azərbaycanda maksimum adda və sayda 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb.

Növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.

Həmçinin növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017-ci dərs ilindən istifadəyə veriləcək.

Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi