Yuxarı
    Bağlamaq

    IX sinfi bitirənlərin kolleclərə qəbul qaydalarında yenilik ediləcək

    Həftə ərzində qaydalar aidiyyəti quruma təqdim olunacaq

    Bakı. 14 dekabr. REPORT.AZ/ 2016-2017-ci tədris ilindən etibarən IX sinfi bitirənlərin orta ixtisas təhsili müəssisələrinə (kollec) qəbul qaydalarında yenilik ediləcək.

    "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, IX sinif buraxılış imtahanlarının nəticələri həmin ilin məzunlarına imkan verəcək ki, kolleclərə sənəd versinlər: "Təbii ki, bu, kolleclərə qəbul olmaq üçün yeni qaydalar və normativ sənədlərdir. Attestasiyaya aid olan normativ hüquqi sənəd çıxmalı idi ki, onun əsasında hansı kolleclərə necə qəbul olmağa dair sənəd hazırlansın. Bu məsələ Təhsil Nazirliyi ilə birgə müzakirə olunub. Həftə ərzində qaydalar aidiyyəti quruma təqdim ediləcək".

    O, həmçinin qeyd edib ki, IX sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər: "Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq, 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi